- 24 Feb 2023
Bakı Avrasiya Universitetində (BAAU) beynəlmiləlləşmə siyasətinə əlavə və dəyişikliklərin yeni redaksiyada işlənməsi məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib. İclasda mövcud siyasətin aktual çağırışlara uyğunlaşdırılması, universitetin beynəlxalq təhsil məkanında mövqeyinin gücləndirilməsi və beynəlmiləlləşmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri müzakirə olunmuşdur.
Görüş zamanı işçi qrupunun üzvləri aşağıdakı məsələləri nəzərdən keçirmişdi:
- Beynəlmiləlləşmə siyasətinin mövcud strukturu və tətbiq təcrübəsinin təhlili;
- Siyasətə əlavə olunacaq yeni istiqamətlərin müəyyənləşdirilməsi;
- Mobillik, tərəfdaşlıq, beynəlxalq layihələr və xarici tələbə siyasəti üzrə dəyişikliklərin işlənməsi;
- Qlobal tendensiyalara və ali təhsil üzrə beynəlxalq standartlara uyğun metodoloji çərçivənin hazırlanması.
İclasda həmçinin BAAU-nun beynəlmiləlləşmə siyasətinə edilən dəyişikliklər universitetin rəqabətqabiliyyətliliyinin artırılmasına, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə, tələbə və müəllim mobilliyinin sistemli şəkildə dəstəklənməsinə xidmət edəcəyi də müzakirə olunub.




