- 01 May 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının dosenti Kəmalə Ələkbərova 2025-ci ilin 21-23 aprel tarixlərində Beynəlxalq Türk Dili və Ədəbiyyatı Qurultayında iştirak edib.
Türk mədəniyyət dəyərlərini, tarixini, adət-ənənələrini və mənəvi dəyərlərini qorumaq və Türk dilini araşdırmaq məqsədi ilə keçirilən qurultay Türkiyə Cümhuriyyətinin Elginkan Şirkətlər Qrupuna aid Elginkan Vəqfinin təşkilatçılığı ilə İstanbul şəhərində təşkil edilib.
Avropa və Asiyanın çoxsaylı ölkələrindən çoxsaylı elm adamlarının iştirak etdiyi qurultay sayca yeddincidir.
“Müasir Azərbaycan danışıq dilinə Türkiyə türkcəsindən keçən sözlər” adlı məruzəsi ilə plenar iclasda çıxış edən K.Ələkbərova böyük maraq və təqdir qazanıb. Sonda qurultayın təşkilatçıları tərəfindən qapanış mərasimində xaricdən gələn türkoloq-alim kimi çixış üçün ona söz verilmiş və onun çıxışı böyük rəğbətlə qarşılanıb.