- 04 Jun 2025
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (NAMYO) tərəfindən Afrika Gününə həsr olunmuş tədbir təşkil olunub. Müxtəlif Afrika ölkələrindən olan iştirakçılar təqdimatlar, milli mətbəx nümunələri, xalq rəqsləri və musiqi ifaları ilə öz zəngin mədəniyyətlərini nümayiş etdiriblər.
Tədbirdə Bakı Avrasiya Universitetinin (BAAU) 7 əcnəbi tələbəsi Lucky Omoregbe, Happy Oghenemaro Ovie, Charles Patrick Mokwenyei, Ekene Emmanuel Ukwa, Rukevwe Marvellous Ejovwo, Ifeanyi Obianwa və Ekpokhai Caleb Aideloje fəal iştirak ediblər.
Tədbirdə NAMYO-nun tarixi, strukturu və missiyası ilə bağlı keçirilən viktorina olub. Viktorinada fəal iştirak edənlərə tədbir təşkilatçıları tərəfindən hədiyyələr təqdim edilib.
Sonunda qonaqlar Afrika mətbəxinin dadlı yeməklərini dadaraq, xatirə fotosu çəkdiriblər.