News

BAAU-nun təşkilatçılığı ilə “Women’s Labor and the Law” mövzusunda vebinar keçirilib

BAAU-nun təşkilatçılığı ilə “Women’s Labor and the Law” mövzusunda vebinar keçirilib
  • 18 Dec 2025

Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Women’s Labor and the Law” mövzusunda elmi-praktik vebinar təşkil olunub.

Sözügedən vebinar Google Meet platforması üzərindən təşkil olunub və qadın əməyinin hüquqi tənzimlənməsi, əmək qanunvericiliyində mövcud çağırışlar, gender bərabərliyinin təmin olunması, eləcə də bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi kimi mövzular təqdim olunub.

BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayevanın moderatorluğu ilə təşkil edilən vebinarda BAAU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Cem Işık və Anadolu Universitetinin dosenti Olcay Işık məruzələrlə çıxış edərək qadın əməyinin hüquqi aspektləri ilə bağlı nəzəri və praktiki yanaşmalarını, eləcə də mövzu üzrə aktual məsələləri iştirakçılarla bölüşüblər.

Tədqiqatçılar, müəllimlər və tələbələrin iştirakı ilə keçirilən vebinar qadın əməyinin hüquqi çərçivəsinin araşdırılması, mövzu ətrafında fikir mübadiləsinin aparılması və elmi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Other news