News

BAAU tələbələri “FireLand Hackathon” müsabiqəsində uğurla iştirak ediblər

BAAU tələbələri “FireLand Hackathon” müsabiqəsində uğurla iştirak ediblər
  • 22 Nov 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektorunun müdiri Vüsalə Həsənova və bir qrup tələbə Odlar Yurdu Universitetində (OYU) universitetlərarası “FireLand Hackathon” müsabiqəsində iştirak ediblər. Tədbirin məqsədi universitetin 30 illik yubileyinə həsr olunub və tələbələr arasında innovativ düşüncə, sahibkarlıq bacarıqlarının inkişafını təşviq etmək olub. Tədbirdə BAAU tələbələri fəal iştirak edərək yaradıcılıq və texnoloji bacarıqlarını nümayiş etdiriblər. 

Tədbirin təşkili həmçinin tələbələrdə innovativ düşüncə və sahibkarlıq mədəniyyətinin təşviqi, universitetlərarası əməkdaşlıq və şəbəkələşmənin inkişafı, komanda işi, yaradıcı düşüncə və təqdimat bacarıqlarının gücləndirilməsi, mentor və mütəxəssislərlə təcrübə mübadiləsi, həmçinin innovativ ideyaların gələcəkdə inkubasiya və akselerasiya proqramlarına çıxışının təmin edilməsini təşviq etmək idi.

Müsabiqənin mövzuları innovasiya, süni intellekt və texnologiya sahələrini əhatə edib. Tədbirdə 5 mentor - İT mütəxəssisləri, startapçılar və universitet müəllimləri komandaların ideyalarının formalaşmasına dəstək göstərib. Yekun təqdimatlar 5 müstəqil münsif tərəfindən qiymətləndirilib.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Other news