News

BAAU və İzmir Yüksək Texnologiya İnstitutu əməkdaşlığı genişləndirir

BAAU və İzmir Yüksək Texnologiya İnstitutu əməkdaşlığı genişləndirir
  • 20 May 2025

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunda Bakı Avrasiya Universitetinin (BAAU) rəhbər heyəti əməkdaşlıq müqaviləsi çərçivəsində işgüzar görüş keçirib. Görüşdə BAAU-nun rektoru dosent Səyavuş Qasımov və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva iştirak ediblər.

Görüş zamanı rektor Səyavuş Qasımov vurğulayıb ki, iki qardaş ölkənin ali təhsil müəssisələri arasında qurulmuş əlaqələrin daha da inkişaf etdirilməsi, ortaq elmi-tədqiqat layihələrinin hazırlanması və birgə idarə edilməsi, professor-müəllim və tələbə mobilliyinin təşviqi təhsilin və tədqiqatın keyfiyyətinin artırılmasına böyük töhfə verəcəkdir.

Səfər çərçivəsində BAAU heyəti İzmir Yüksək Texnologiya İnstitutunun müxtəlif laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olublar.

Other news