- 11 Jan 2024
Bakı Avrasiya Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında ikitərəfli əməkdaşlığa dair görüş keçirilib.
Görüşdə Bakı Avrasiya Universitetində “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr üçün DSMF-nin əhalinin sosial müdafiəsi ilə bağlı dövlət proqramlarının hazırlanması və həyata keçirilməsində iştirakı, müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, innovativ həllər və layihələrin dəstəklənməsi ilə bağlı görülən və planlaşdırılan işlər müzakirə olunub.
Layihənin məqsədinin sosial sahənin inkişafı üçün dövlət tərəfindən yaradılan imkanlar, DSMF-nin fəaliyyət istiqamətləri, ölkəmizdə son illər aparılan sosial islahatlar, əldə olunan uğurlar və tətbiq olunan yeniliklər ilə bağlı tələbələrə məlumatın verilməsi, onların sosial sahədə DSMF əməkdaşlarının təcrübələrindən yararlanması, müzakirə edilən konsepsiyaların praktiki tətbiqini göstərən nümunələrdən istifadə edilməsi olduğu vurğulanıb.
Görüşün sonunda Bakı Avrasiya Universiteti ilə DSMF arasında geniş əməkdaşlıq mexanizminin formalaşdırlması istiqamətində fəaliyyətə başlanılması ilə bağlı işçi qrupunun yaradılması razılığı əldə edilib.