News

Bakı Avrasiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Bakı Avrasiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
  • 31 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranın sədri, universitetin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasın gündəliyinə 2025/2026-cı tədris ili üçün tələbə qəbulunun yekunları və qarşıda duran vəzifələr, mütəxəssis hazırlığının strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında, 2025/2026-cı tədris ili üçün universitetin elmi-metodik təminatının vəziyyəti, 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbulun yekunları haqqında hesabatla bağlı məsələlər daxil edilib.

Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova universitetdə mütəxəssis hazırlığının strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı məlumat verib.

Tədrisin təşkili departamentinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Natella Quliyeva 2025/2026-cı tədris ili üçün tələbə qəbulunun yekunları və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib.

Elm, innovasiya və doktorantura sektorunun müdiri hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənova 2025-ci il üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbulun nəticələri barədə hesabat təqdim edib. 

Müzakirəyə çıxarılan bütün məsələlər üzrə Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib. 

Elmi Şura doktorantura səviyyəsində kadr hazırlığı aparan müvafiq fakültələrin 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olan şəxslərin dissertasiya mövzuları və elmi rəhbərləri barədə vəsatətlərinə baxaraq təsdiq edib, 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasında elektron test imtahanı formasında keçirilməsi nəzərdə tutulan fənlərin müəyyənləşdirilməsi barədə qərar qəbul edib.

Other news