News

Bakı Avrasiya Universitetində ərəb dili tədrisi ilə bağlı görüş keçirilib

Bakı Avrasiya Universitetində ərəb dili tədrisi ilə bağlı görüş keçirilib
  • 16 Jul 2025

Bakı Avrasiya Universitetində (BAAU) “Hər kəs üçün ərəb dili” təşkilatının icraçı direktoru Xalid əş-Şatıri və “Had” şirkətinin baş direktoru, eyni zamanda “Teach Me Arabic Academy”nin qurucusu və həmtəsisçisi Əmin əz-Zəhrani olublar.

Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva və Ərəbşünaslıq Mərkəzinin elmi rəhbəri, dosent Ülviyyə Hüseynova iştirak ediblər.

Görüş zamanı ərəb dilinin tədrisi, müasir tədris vəsaitlərinin tətbiqi, tədris metodikalarının təkmilləşdirilməsi və birgə layihələrin icrası diqqət mərkəzində olub.

Bakı Avrasiya Universitetində ərəb dili tədrisi ilə bağlı görüş keçirilib

Other news