News

Bakı Avrasiya Universitetində intellektual oyun keçirilib

Bakı Avrasiya Universitetində intellektual oyun keçirilib
  • 23 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Ümumi fənlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və görkəmli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş intellektual oyun təşkil edilib. Sözügedən intellektual oyun layihəsinin təşəbbüskarı və rəhbəri, Ümumi fənlər kafedrasının müəllimi İmmi Hüseynova olub. O, çıxışında sözügedən layihənin əhəmiyyətindən və məqsədindən danışıb. İ.Hüseynova qeyd edib ki, təşkil olunmuş intellektual oyun tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmrəyliyin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği məqsədi ilə təşkil olunmuşdur.

Tədbirdə BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva və Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova da iştirak ediblər. Onlar çıxışlarında tədbirin əhəmiyyətindən bəhs edərək intellektual yarışların elmi dünyagörüşünün genişlənməsində və akademik mühitə inteqrasiyada əhəmiyyətli rol oynadığını qeyd etmiş, tələbələri gələcəkdə oxşar oyun və yarışlarda fəal iştirak etmələrini tövsiyyə etmişdirlər.

Tədbir bədii proqramla davam edib və iştirakçılar milli rəqslər və musiqi nömrələri ilə əyləncəli anlar yaşayıblar. 

Tədbirin sonunda ilk üç yeri tutan komanda sertifikatla təltif olunub.

Other news