- 30 May 2024
Bakı Avrasiya Universitetinin razılıq məktubu əsasında xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan doktorantlar BAAU-da mühazirə deyiblər. Doktorantlar “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi planına əsasən tədris prosesində iştirak ediblər. 2024-ci ilin yaz semestrində doktorantlar Bakı Avrasiya Universitetinin müxtəlif auditoriyalarında canlı və və distant şəkildə dərs keçiblər.
İstanbul Universitetinin doktorantı Məmmədov Toğrul “İnnovasiya siyasəti və innovasiyalı inkişafın ssenarisi. Müəssisələrdə işçilərin əməyə uyğunlaşması” mövzusunda mühazirə deyib.Fransanın Sarbon Universitetinin dokorantı Babayev İsanın “Beynəlxalq cinayət hüququ” mövzusunda, Svansi Universitetinin doktorantı Qaçayev Ramilin “Beynəlxalq İnvestisiya arbitrajı: Nəzəriyyə və təcrübə” mövzusunda distant mühazirələri dinlənilib. Doktorantların mühazirələri tələbələr tərəfindən maraqla qarşılanıb. Dərs prosesi interaktiv şəkildə, qarşılıqlı fikir mübadiləsi əsasında keçib.