- 14 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı f.ü.f.d., dosent Mütəllim Rəhimov, Sosial və siyasi fənlər kafedrasının müdiri t.ü.f.d., dosent Aybəniz Rüstəmova, Ümumi fənlər kafedrasının müdiri t.ü.f.d., dosent Sevil Bəhrəmova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin rəhbərliyi ilə görüşüblər.
Görüşdə Kolleclə BAAU arasında davamlı əməkdaşlığın qurulması və inkişaf istiqamətləri haqda fikir mübadiləsi aparılıb. Kollecin direktoru h.ü.f.d., dosent Davud Davudov, Tədris işləri üzrə direktor müavini tex.ü.f.d. Pərviz Müseybli, Tədris hissə müdiri İlham Abbasovla aparılan söhbətdə hər iki təhsil müəssisəsində sosial iş, maliyyə və bank işi, mühasibatlıq və s. oxşar ixtisaslar üzrə kadr hazırlığının aparılması məsələləri müzakirə olunub. Bu sahədə əlaqələrin kadr hazırlığına müsbət təsirləri vurğulanıb.
Görüş əsnasında əməkdaşlıq üçün koordinatorların təyin edilməsi, gələcək əməkdaşlığa dair ortaq fəaliyyət planının hazırlanması kimi məsələlər də müzakirə edilib.




