- 23 Dec 2025
Bakı Avrasiya Universitetində (BAAU) Nəzəri dilçilik və türk dilləri, Sosial və siyasi elmlər, eləcə də İqtisadiyyat kafedralarında təhsil alan doktorantların və dissertantların illik elmi fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə attestasiya keçirilib.
Attestasiyanın əsas məqsədi doktorantların fərdi elmi-tədqiqat planlarına uyğun olaraq il ərzində apardıqları elmi-tədqiqat işlərinin, əldə etdikləri nəticələrin, habelə gələcək tədqiqat perspektivlərinin sistemli şəkildə təhlil və qiymətləndirilməsindən ibarət olub.
İştirakçılar dissertasiya mövzuları çərçivəsində həyata keçirdikləri tədqiqat işləri, tətbiq etdikləri metodoloji yanaşmalar, əldə olunmuş elmi nəticələr və qarşıdakı mərhələlər üzrə fəaliyyət planları barədə ətraflı hesabat təqdim ediblər.
Attestasiyanın nəticələri doktorantların və dissertantların elmi fəaliyyətinin cari vəziyyətinin obyektiv şəkildə qiymətləndirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və dissertasiya işlərinin növbəti mərhələdə daha effektiv davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.




