- 22 Sep 2026
Macarıstanın Ludovika Dövlət Qulluğu Universitetinin əməkdaşı, ədəbiyyat üzrə fəlsəfə doktoru György Túry Bakı Avrasiya Universitetində (BAAU) səfərdə olub. Səfər çərçivəsində György Túry BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva ilə görüşüb. Görüşdə iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin təşkili, birgə elmi layihələrin və konfransların təşkili, məqalə və nəşrlərin hazırlanması imkanları müzakirə olunub. Eyni zamanda Ludovika Dövlət Qulluğu Universitetinin beynəlxalq proqramlarında BAAU-nun əməkdaşlarının iştirakının təmin edilməsi məsələləri nəzərdən keçirilib.
Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin, akademik əlaqələrin genişləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfər çərçivəsində György Túry BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları ilə də görüşüb.
Səfərin iki universitet arasında akademik və elmi əlaqələrin daha da möhkəmləndirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına töhfə verəcəyi qeyd olunub.




