News

Süni intellekt mövzusunda seminar keçirilib

Süni intellekt mövzusunda seminar keçirilib
  • 17 Sep 2026

Bakı Avrasiya Universitetində (BAAU) süni intellekt texnologiyalarının müasir təhsil və əmək mühitində tətbiqi, eləcə də bu istiqamətdə praktiki bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə seminar keçirilib.

Seminar Yunanıstanın Saloniki Aristotel Universitetinin professoru Angelos Rodafinos tərəfindən keçirilib. Tədbirlərdə universitetin tələbələri, müəllimləri və əməkdaşları iştirak ediblər.

Tələbələr üçün təşkil olunan “Süni intellektdən ağıllı istifadə” mövzusunda seminarda süni intellektdən səmərəli və məqsədyönlü istifadə, müasir süni intellekt alətləri və onların təhsil prosesində tətbiqi imkanları barədə ətraflı məlumat verilib.

Universitet əməkdaşları və müəllimlər üçün keçirilən “İşdə süni intellekt” adlı seminarda isə süni intellekt texnologiyalarının peşə fəaliyyətində tətbiqi, iş proseslərinin optimallaşdırılması və müasir alətlərdən praktiki istifadə imkanları diqqət mərkəzində olub.

Seminar zamanı mövzu üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu cür elmi-praktiki tədbirlər BAAU-da müasir texnologiyalar üzrə biliklərin artırılmasına, tələbə və əməkdaşların rəqəmsal bacarıqlarının inkişafına, eləcə də beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Other news