- 22 Dec 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektorunun müdiri Vüsalə Həsənovanın təşkilatçılığı ilə BAAU-nun İqtisadiyyat və regionşunaslıq fakültəsinin Dövlət və bələdiyyə idarəetmə ixtisasının 1-ci kurs tələblərinin (İsa Quluzadə, İmran Hüseynov, Cəsarət Qurbanov, Ramiz Quliyev və Türkan Mirzəliyeva) iştirkakı ilə “Yaşıl enerji”nin formalaşması mövzusunda marifləndirici tədbir təşkil edib.
Tədbir çərçivəsində tələbələr müasir dövrdə ekoloji şüurda “Yaşıl enerji”dən istifadənin vacibliyi, “Yaşıl enerji”nin istehsalı üçün yeni texnologiyaların tətbiqi, enerji təchizatı zəncirində karbon emissiyasının təsirinin azaldılması və iqlim dəyişikliyinə səbəb olan faktorların qarşısının alınması, dünyanın müxtəlif ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı¬, “Yaşıl enerji” sənayesinin inkişa¬fı üçün müvafiq normativ hüquqi aktlar və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sırasına daxil olan DİM 6 - Təmiz su və sanitariya, DİM 7 - Sərfəli və təmiz enerji, DİM 12 - Məsuliyyətli istehlak və istehsal, DİM 13 - İqlim dəyişikliyinə qarşı mübarizənin vacibliyi haqqında aparılmış araşdırmaları müzakirə etmişdirlər. Müzakirələr zamanı sözügedən mövzunun daha çox insana çatdırılması üçün maarifləndirici videoçarxın hazırlanmasına qərar verilmişdir.
BAAU-nun bir qrup tələbəsi (İsa Quluzadə, İmran Hüseynov, Cəsarət Qurbanov, Ramiz Quliyev və Türkan Mirzəliyeva) “Yaşıl enerji”nin əhəmiyyətini insanlara daha izahedici formada çatdırılması üçün videoçarx hazırlayıblar. Videoçarxda “Yaşıl enerji”nin əsas mənbələri sayılan su, külək və günəş enerji haqqında məlumat geniş yer alıb.
BAAU-nun Elm, innovasiya və doktorantura sektoru cari mövzu ətrafında araşdırmaların aparılması üçün müəllim və tələbələri həm təşviq etməyi, həm də əldə olunan nəticələri təbliğ etmək istiqamətində işlər də aparmaqdadır.




