News

Universitetimizin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Universitetimizin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
  • 17 Sep 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin rəhbəri Aygül Əhmədova Yunanıstanın Saloniki Aristotel Universitetinin professoru Angelos Rodafinos ilə görüşüb. 

Görüş zamanı universitetlər arasında qurulmuş əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri, akademik və elmi əlaqələrin genişləndirilməsi, həmçinin ortaq proqramların və layihələrin hazırlanması imkanları müzakirə olunub.

Sonda professor Angelos Rodafinosa BAAU rəhbərliyi adından sertifikat və xatirə hədiyyəsi təqdim olunub. 

Other news