News

Universitetin rektoru tələbələrlə görüşüb

Universitetin rektoru tələbələrlə görüşüb
  • 01 Oct 2026

Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov 2026/2027-ci tədris ilində universitetə qəbul olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş və ölkəmizin müdafiəsi zamanı əlil olmuş şəxslərin övladları – Muhəmməd Rəhimov, Hüsnəddin Musayev, Nuray Səlimova, Aytən Qiyasova, Günay Bayramlı və Rəşidə Hüseynzadə ilə görüş keçirib.

Rektor çıxışında tələbələrin akademik inkişafının və potensiallarının reallaşdırılması üçün universitetdə hərtərəfli şəraitin yaradıldığını vurğulayıb. O, BAAU-nun əsas fəaliyyət istiqamətlərindən birinin tələbələrin təhsil prosesinin daim diqqətdə saxlanılması, onların elmi və ictimai həyata fəal qoşulması, nəzəri biliklərin praktik bacarıqlara çevrilməsi və gələcək peşə fəaliyyətinə hazırlığın təmin olunması olduğunu qeyd edib.

Görüşdə Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov da çıxış edərək fakültələrin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar və fərdi inkişafı dəstəkləyən mühit barədə məlumat verib.

Tələbələr öz ixtisasları üzrə tədris prosesi, onlara göstərilən diqqət və qayğıdan danışıb, universitetdə mövcud şərait və inkişaf imkanları ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələrin irəli sürdüyü təkliflər qeydə alınıb.

Görüşün sonunda rektor tələbələrə təhsil həyatında və gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb, onların universitetin elmi və ictimai mühitində fəal iştirakının əhəmiyyətini bir daha vurğulayıb.

Other news