News

Universitetin rektoru yeni qəbul olunan magistrantlarla görüşüb

Universitetin rektoru yeni qəbul olunan magistrantlarla görüşüb
  • 16 Sep 2026

Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov universitetə yeni qəbul olunan magistrantlarla görüşüb. Görüşdə elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov iştirak ediblər.

Dos. Səyavuş Qasımov magistrantları təbrik edib, onlara təhsildə və elmi fəaliyyətdə uğurlar arzulayıb. Rektor magistratura təhsilinin ixtisas üzrə biliklərin dərinləşdirilməsində, elmi-tədqiqat bacarıqlarının inkişafında və gələcək peşə fəaliyyətinə hazırlıqda mühüm rol oynadığını vurğulayıb.

Rektor universitetin inkişaf yolu, təhsil və elm sahəsində qazandığı nailiyyətlər, həyata keçirilən layihələr və magistrantların yararlana biləcəyi imkanlar barədə məlumat verib. O, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin inkişafına və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirildiyini bildirib.

Dos. Səyavuş Qasımov magistrantları universitetin elmi və ictimai həyatında fəal iştirak etməyə, tədqiqatlara qoşulmağa və biliklərini davamlı şəkildə artırmağa çağırıb. Rektor onların gələcəkdə universitetin və ölkənin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Professor Gülzar İbrahimova magistrantların tədqiqat prosesinə cəlb olunmasının vacibliyindən danışıb. O, magistrantların elmi dünyagörüşünün və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinin universitetin əsas prioritetlərindən olduğunu qeyd edib.

Dosent Mütəllim Rəhimov magistrantları təbrik edərək magistratura təhsilinin nəzəri biliklərin dərinləşdirilməsi, praktik və analitik bacarıqların inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Görüş zamanı magistrantlara tədris prosesi, elmi-tədqiqat imkanları və qarşıda duran vəzifələr barədə məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb, fikir və təklifləri dinlənilib.

Other news