Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə” və “Bakı Avrasiya Universitetində professor-müəllim vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq aparılır.
Müsabiqədə iştirak etmək üçün müraciətlər vacancies.baau.info internet saytı vasitəsilə qəbul edilir. Namizədlər həmin saytda qeydiyyatdan keçməklə, professor-müəllim vəzifələri üzrə elan edilmiş uyğun vakansiyalarda iştirak edə bilərlər. Müraciətin göndərilməsi üçün tələb olunan anket məlumatları doldurulmalı və tələb olunan sənədlər müvafiq xanalara yüklənməlidir.