Xəbərlər

Bakı Avrasiya Universiteti (BAAU) bu il Xəzər Universitetində keçirilən “Smart Solutions Incubation” proqramında iştirak etmək üçün müsabiqədə iştirak edib

Bakı Avrasiya Universiteti (BAAU) bu il Xəzər Universitetində keçirilən “Smart Solutions Incubation” proqramında iştirak etmək üçün müsabiqədə iştirak edib
  • 07 Apr 2024

29 noyabr 2023-cü il tarixində Xəzər Universitetində Azərbaycanın bir-birindən nüfuzlu universitetlərinin tələbələrinin də iştirakı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Smart Solutions” inkubasiya proqramının ilk təlimi keçirilib. Bu innovasiya proqramı Xəzər Universitetində Creative Spark layihəsi çərçivəsində yaradılan Enterprise Hub platforması daxilində təşkil edilib. Tələbələr “Smart Solutions Incubation” proqramı müddətində komanda şəklində 6 aylıq “Bootcamp”da iştirak ediblər.

Onu da qeyd edək ki, BAAU-nun Regionşünaslıq və İqtisadiyyat fakültəsinin tələbələri Şıxəli Əli  Yaşar oğlu və Hüseynzadə Elcan Şahin oğlu “Eagle EYE”  komandası adı altında təlimə qoşularaq mina aşkar edən dron sistemləri layihəsini təqdim edib. Bu sistemlərə insan həyatını qorumaq və mina sahələrində təhlükəzisliyi təmin etmək üçün nəzərdə tutulmuş mini və ya mikro pilotsuz uçüş aparatlarına inteqrasiya olunmuş, eninə və uzununa dalğa yayan sensorlar daxildir. Bu sensorlar vasitəsilə dronlar basdırılmış minaları, əldəqayırma partlayıcıları və partlamamış hərbi sursatları aşkar edərək 3D xəritələrə köçürə bilir. Beləliklə, minatəmizləmə robotları və ya ekspert qurumları mina sahəsinə girməzdən əvvəl minaların yerini və növünü bilir və onları daha effektiv şəkildə zərərsizləşdirə bilir.

Bu sistemlərin həm mülki, həm də hərbi sahədə istifadəsi mümkündür. Belə ki, sərhəd bölgələrində minaları təmizləmək terror təşkilatlarının quraşdırdığı əldəqayırma partlayıcıları tapmaq və ya köhnə döyüş meydanlarını təhlükəsiz vəziyyətə gətirmək üçün istifadə edilə bilər. Bütün bu və bunun kimi təlimlərin həyata keçirilməsi, bu sahələrdə maarifləndirici bilgiləri əldə etməklə yanaşı, lazımi mövqelərdə tətbiq edə bilmək fürsətini əldə etmək üçün gözəl imkanlardır.

Proqramın sonunda komandalar final tədbirində öz start-uplarını təqdim ediblər. Layihədə ümumilikdə 38 komanda iştirak edib. Final mərhələsinə isə yalnız 8 komanda iştirak hüququ qazanıb. 30 mart 2024-cü il tarixində  “Wyndham Garden Baku”- da keçirilən final mərhələsində layihələrin təqdimatı keçirilib. Münsif və investorların qərarına əsasən 1-ci yerə Xəzər Universtetinin “Ecwa”, 2-ci yerə Xəzər Universtetinin “Medappoint”, 3-cü yerə isə Bakı Avrasiya Universitetinin “Eagle Eye” komandası layiq görülüb.

Beləliklə “Smart Solutions Incubations” proqramı öz işini müvəffəqiyyətlə yekunlaşdırıb. Hər üç komandanı təbrik edir və ümumilikdə bu təlimdə iştirak edən bütün gənclərimizə uğurlar arzulayırıq.

Digər Xəbərlər