- 24 Apr 2024
Rumıniyanın Kantemir Universitetinin professorları Mihai Voda və Adrian Torpan 19-24 aprel 2024-cü il tarixində Erasmus+KA171 proqramı çərçivəsində Bakı Avrasiya universitetində olublar. Qonaqları Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Səyavuş Qasımov qəbul edib. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, akademik mobillik, birgə elmi tədqiqatların aparılması istiqamətində müzakirələr aparılıb. Daha sonra qonaqlar BAAU-nun tələbə və doktorantlarına “Akademik rəqəmsal kimlik və etibarlı elmi məlumat” və “Xidmət sektorunda karbon emissiyası ilə iqtisadi inkişaf arasında əlaqənin ayrılması” mövzusunda mühazirələr söyləyiblər.