İnzibati vəzifələr üzrə vakansiyalar Universitetin rəsmi internet səhifəsinin (www.baau.edu.az) Cari vakansiyalar bölməsində elan edilir.
Kafedra müdiri, fakültə dekanı və professor-müəllim vəzifələrini tutmaq üçün Universitet tərəfindən kütləvi informasiya vasitələrində və rəsmi internet səhifəsində (www.baau.edu.az) müsabiqə elan edilir. Kafedra müdiri və dekan vəzifələrinə işə qəbul Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” na əsasən müsabiqə yolu ilə həyata keçirilir. Professor-müəllim vəzifələrinə işə qəbul Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmrinə “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması Qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq aparılır.
Elan edilmiş vakansiyalarda iştirak etmək istəyən namizədlər elektron işə qəbul ərizəsini doldurmaqla işə qəbul üçün müraciət edir.
Vakant yerlər haqda ətraflı məlumat mütəmadi olaraq səhifəmizdə yerləşdiriləcəkdir...
VakansiyalarVakant yerlərin birinə müraciət etmək üçün İşə qəbul üçün Elektron müraciət formunu onlayn olaraq doldurub göndərə bilərsiniz...
Onlayn Form