Missiyamız, milli və ümumbəşəri dəyərlərə söykənərək müasir dövrün çağırışlarına və əmək bazarının tələblərinə cavab verən biliklərə malik, müstəqil və yaradıcı düşünən, müasir təfəkkürlü mütəxəssis, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq vətəndaş və şəxsiyyət, rəqabətqabliyyətli insan kapitalı formalaşdırmaqdır.
Gələcəyə baxışımız (Vizyonumuz), səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik olmaqla, elmi tədqiqat potensialını, strukturu, resursları və siyasətləri daha müasir və effektiv yanaşmalar ilə təkmilləşdirməklə Azərbaycan ali təhsil məkanında universitetin rəqabət qabiliyyətini artırmaqdır.
.jpg)
Bakı Avrasiya Universiteti 1992-ci il aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci (ADK) adı ilə təsis edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyini yeni bərpa etdiyi ilk dövrlərdə diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşəkar kadrlara kəskin tələbatın qarşılanması zərurətindən yaranmış təhsil müəssisəsinin əsas məqsədi çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnmiş, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar hazırlamaq, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi...
Ətraflı oxu
“Regionşünaslıq və iqtisadiyyat” fakültəsi 2012-ci ildən etibarən bakalavriat, magistratura və doktorontura pilləsində tədris həyata keçirməklə regionşünaslıq, iqtisadiyyat, riyaziyyat və bu sahələrin müxtəlif istiqamətləri üzrə ali dərəcəli mütəxəssislər hazırlayır. Fakültənin tədris planını müvafiq sektorlar üzrə keçirilən məşğələlər təşkil edir.
1992-ci ildən yaradılmış Filologiya fakültəsi bakalavr, magistratura və doktorontura pilləsində tədris həyata keçirməklə ali dərəcəli mütəxəssislər hazırlayır. Fakültənin tədris planını ictimai-siyasi, elmi-texniki, dil və ədəbiyyat, bədii tərcümə, eləcə də digər sahələr üzrə keçirilən məşğələlər təşkil edir.
BAAU-nun məzunlarını elektron məzun anketini doldurmaqla qeydiyyata keçmələrini xaiş edirik
Onlayn Form