Kitabxana universitetin tədris-tərbiyə prosesini, elmi araşdırmaları, ədəbiyyat və informasiya ilə təmin etmək funksiyasını yerinə yetirməklə yanaşı, həm də başlıca struktur sahələrindən biridir. Kitabxana bütün istiqamətlər, elmi sahə və ixtisaslar üzrə biliklərin yayılması, mənəvi və əqli ünsiyyət, mədəniyyət mərkəzidir. Universitet təsis edildiyi vaxtdan kitabxana fəaliyyət göstərir. Kitabxana və oxu zalında müdir, kitabxanaçı və biblioqraf vəzifələrində çalışan əməkdaşlar Azərbaycan Respublikasının 29 Dekabr 1999-cu il tarixli “Kitabxana işi haqqında” Qanunu, Respublika Prezidentinin “Kitabxana işi haqqında” respublika qanununun qüvvəyə minməsi haqqında 12 Mart 2000-ci il tarixli fərmanına əsasən, öz işlərini qurur, kitabxanaçılıq fəaliyyətinə dair normativ sənədlərə istinad etməklə, universitetin Nizamnaməsinə üstünlük verirlər.
Kitabxana fondunda son dövrlərədək məhdud tirajla nəşr olunan kitablar nadir nüsxələr kimi saxlanılır. Bu kitabların oxuculara verilməsi çox ciddi nəzarət altında həyata keçirilir. İki hissəlik “Dede Korkut” kitabı (1963), dördcildlik Nazım Hikmət yaradıcılığı (1967-1968), Mahmud Kaşğarinin dördcildlik “Divan-ü luğat-it türk” (2006), “Azərbaycan xalçaları-Təbriz qrupu” (2013), “Molla Nəsrəddin” (1988) kitabları belə qəbildəndir.
Oxu zalında Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən guşə yaradılmışdır. Oxu zalında Qanlı 20 Yanvar hadisələri ilə bağlı xüsusi sərgi-guşə də oxucuların diqqətini cəlb edir. Həmçinin, burada Dünya və Azərbaycan xalçaçılığını tərənnüm edən guşə də mövcuddur.
Kitabxana fəaliyyətdə olduğu dövrdən bütün istiqamət və ixtisasları əhatə edən dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, jurnallar, audiovizual materiallarla zəngin olmuşdur. İl ərzində kitabxana fondu yeni kitablarla daha da zənginləşdirilir. Təhsil Nazirliyindən, bir neçə Ali təhsil müəssisələrindən, həmçinin, universitetimizin rəhbərliyi, bölüm rəhbərləri, işçi heyəti tərəfindən hədiyyə edilmiş kitablar da fondun zənginləşməsinə töhfə verir. Kitabxana və oxu zalında kitablar kodlaşdırılaraq elektron kitabxana bazası yaradılmışdır. Elektron kitabxana bazasında bütün kitablar müəllifin adı, soyadı, kitabın adı və nəşr yeri, ilinə uyğun kodlaşdırılır. Kodlaşdırma etiketləri kitabların üzərinə yapışdırılır və sonra kitablar sahələrinə ayrılaraq rəflərdə yerləşdirilir. 2014-cü ildə fondda 22781 sayda kodlaşdırılmış kitab olduğu halda, 2015-ci ildə bu rəqəm artaraq 23990 sayda kodlaşdırılmış kitablarla əhatə olunmuşdur. Kitabxana mərkəzinə 9 adda qəzet, müxtəlif adlarda jurnallar qəbul olunur. Qəzetlər günlər üzrə oxu zalında yerləşdirilir.
Kitabxana və oxu zalında tələbələr və işçi heyəti ehtiyacları olan bütün kitablarla təmin olunur. Lazım olan məlumatlar, hər hansı bir ədəbiyyatın seçilməsində oxuculara hərtərəfli xidmət göstərilir. İl ərzində abunəçilərimizin sayı artmışdır. 2014-cü ildə 528 nəfər tələbə, 82 nəfər işçi abunəçi olmuşdursa, 2015-ci ildə bu say artaraq 750 tələbə, 120 işçi abunəçi olmuşdur. Oxucuların qeydiyyatı yüksək səviyyədə aparılır.
Kitabxana və oxu zalı bilavasitə universitet fakültələri və kafedraları ilə qarşılıqlı təmasda fəaliyyət göstərir. Bakalavr, magistr, doktorant və dissertantların ixtisasına görə istifadə etdikləri dərslik, dərs vəsaitləri, metodik göstəriş, qəzet və jurnallara olan təlabatı ödəmək birbaşa onların rəyi ilə razılaşdırılır.
Mərkəz Bakı Avrasiya Universitetinin kitabxanası adı ilə 1992-ildən fəaliyyət göstərir. Mərkəzin kitabxanası 30000 nüsxədən artıq fonda malikdir.
Kitabxana və informasiya Mərkəzi öz fəaliyyətini Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” qanunu, universitet nizamnaməsinə, universitet rəhbərliyinin əmr və göstərişlərinə uyğun şəkildə qurur. Kitabxana və informasiya Mərkəzi əsaslı kitabxanadan, elektron kitabxana və qiraət zalından ibarətdir. Mərkəz kompüter və internet şəbəkə ilə təchiz olunmuş, dərs vəsaitlərinin elektron versiyalarının lokal şəbəkədə istifadəsi təmin edilmişdir. Hazırda elektron kitabxananın qurulması ilə bağlı iş gedir, elektron kataloq, elektron formulyar baza yaradılmışdır. Universitetin əsaslı kitabxanası qiraət zallarını fonda daxil olan bütün ədəbiyyatlarla və gündəlik gələn dövri mətbuatla təmin edir. Universitetin ümumi kitabxana fondunun mütəmadi olaraq müasir elmi ədəbiyyatla, kadr hazırlığı aparılan ixtisasların tələbatına uyğun tədris-metodik ədəbiyyatla (dərslik, dərs vəsaiti, metodik göstəriş və.s.), dövrü mətbuat və elmi nəşrlərlə təmin edilməsi işi aparılır. Bakı Avrasiya Universitetinin təsis etdiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 06 iyul 2012-ci il (Protokol â„–10-R) tarixli qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmiş “Dünyaya baxış” və “Sivilizasiya” elmi-nəzəri jurnallarının nüsxələri fonda daxil edilmişdir. Fondun nəzdində türk dilində 710 adda, 1350 sayda kitab fonduna malik “Türk ocağı” fondu fəaliyyət göstərir. Kitabxana və informasiya Mərkəzinin nadir nüsxələr fondunda 1871, 1902 və 1905-ci illərdə nəşr olunmuş nadir nüsxələr hesab olunan izahlı lüğət və ensiklopediyalar saxlanmaqdadır. Kitabxana və informasiya Mərkəzi zəngin kitabxana fonduna malik Yaxın Doğu Universitetinin Elektron kitabxanasına birbaşa qoşulma hüququ əldə etmişdir ki, bu da oxucuların tələbatlarını daha yüksək səviyyədə təmin etmək imkanı veriri. Oxucu tərkibi Universitetdə təhsilalanlar və əməkdaşlardan ibarətdir. Yeni gələn oxucuya kitabxanadan istifadə qaydaları, kitabxanaya yazılma, kitabdan istifadə, saxlanılma, qaytarılma müddəti və s. haqqında məlumat verilir. Oxucuya ənənəvi və elektron anket açıldıqdan sonra o, kitabxananın üzvü sayılır. Əməkdaşlar müxtəlif oxucu kateqoriyalarına bütün nəşr növləri ilə xidmət göstərir, hər bir oxucuya fərdi yanaşır, onların sorğularını dinləyir və onlara yüksək səviyyədə xidmət göstərir. Mərkəzin strukturuna kitabxana müdiri, biblioqraf və kitabxanaçılar daxildir. Hazırda Mərkəzə Cəfəova Sima İslam qızı rəhbərlik edir.