Announcements

Çankırı Karatekin Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına qəbul elan edir

Çankırı Karatekin Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına qəbul elan edir
  • 30 Sep 2026

Türkiyə Respublikasının Çankırı Karatekin Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün Erasmus+ mübadilə proqramına qəbul elan edir.

Müsabiqədə seçiləcək tələbə sayı: 1 (bir) nəfər

Yaz semestri: 15.02.2027 – 11.06.2027 (117 gün)

Müraciət üçün son tarix: 22.10.2026

 

Müraciət üçün tələblər:

• Yaş həddi: 18 yaşı tamam olmuş tələbələr;

• Bakalavriat səviyyəsində təhsilalanlar: minimum ÜOMG 71/100;

• Magistratura səviyyəsində beynəlxalq münasibətlər, iqtisadiyyat və biznesin idarəedilməsi ixtisaslarında təhsilalanlar: minimum ÜOMG 81/100;

• Dil biliyi: ən azı B2 səviyyəsində ingilis və ya türk dili. Müvafiq dil sertifikatı və ya göndərən universitet tərəfindən təsdiqlənmiş arayış tələb olunur.

 

Tələb olunan sənədlər:

• Ümumvətəndaş pasportunun surəti;

• Akademik transkript (ingilis dilində);

• CV (ingilis dilində);

• Niyyət məktubu (ingilis dilində);

• 3x4 ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında).

 

Təqaüd nələri əhatə edir?

• Aylıq təqaüd: 800 (səkkiz yüz) avro;

• Səfər xərci: 309 (üç yüz doqquz) avro;

• Qəbul edən universitetdə təhsil haqqından azadolma.

 

Qeyd 1: Yaşayış yeri (mənzil/yataqxana) xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.

Qeyd 2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.

Qeyd 3: Əvvəllər Erasmus+ proqramında iştirak etməmiş tələbələrə üstünlük veriləcək.

Təqaüdün ödəniş şərtləri: 

Ümumi təqaüdün 70%-i qrant müqaviləsi imzalandıqdan sonra 2 həftə ərzində ödəniləcək. Təqaüdün qalan 30%-i semestr başa çatdıqdan və tələb olunan sənədlər mübadilə proqramının koordinatoruna təqdim edildikdən sonra ödəniləcək.

Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:

Mob./WhatsApp: (+994) 50 357 51 78 (hər gün saat 09:00-dan 20:00-dək)

E-poçt: [email protected]

Çankırı Karatekin Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına qəbul elan edir

Other announcements