- 05 Jan 2024
20 Fevral, 2024
Daşkənd, Özbəkistan
İpək Yolu Araşdırmalar Akademıyası (Özbəkistan),
Dəqiq və Sosial Elmlər Universiteti (Özbəkistan),
Naxçıvan Dövlət Universiteti (Azərbaycan) və
Bakı Avrasiya Universitetinin (Azərbaycan) birgə təşkilatçılığı ilə
“TƏRCÜMƏŞÜNASLIQ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR (YENİ ÜFÜQLƏR” adlı V BEYNƏLXALQ KONFRANS
keşiriləcəkdir.
Konfrans aşağıdakı istiqamətlərdə tərcümə və tərcümə tədqiqatlarını araşdıran məqalələrin qəbulunu nəzərdə tutur:
Tədqiqat və tərcümə
İkidilli lüğətlər və tərcümə
Mədəniyyətşünaslıq
Etnik mənsubiyyət, tərcümə və ənənə
Xarici dillər, tərcümə və tərcüməçilik
Qloballaşma, tərcümə və mədəniyyətlərarası dialoq
Tərcümənin tarixi tədqiqi
Ziyalılar və tərcümənin təsiri
Jurnal tərcümə vasitəsi kimi
Dil siyasəti və mədəni tərcümə
Media və vizual tədqiqatlar
Müasirlik, tərcümə və transformasiya
Siyasi Söhbət
Sosial dəyişiklik və tərcümə
Tərcümə nəzəriyyəsi və təcrübəsi
Transfer təhsili
Tərcüməşünaslıq
Qeyd: Yuxarıda müəyyən edilmiş istiqamətlərə aid olmayan mövzular qəbul edilməyəcəkdir
Konfrans 20 fevral 2024-cü il tarixində keçiriləcəkdir.
Xülasə və yazı qaydaları:
Xülasə 250-400 söz arası 12 şrift 1 aralıqla Azərbaycan, ingilis və rus dillərində göndərilməlidir. Xülasənin sonunda açar sözlər göstərilməlidir
Məruzə mətninin yazı qaydaları:
Tam mətn 5-10 səhifə, 12 şrift 1 aralıqla xülasələr də daxil olmaqla Azərbaycan, ingilis və ya rus dillərindən birində göndərilməlidir
Müraciət forması
· Word formatında yazılmış xülasə 30 yanvar 2024-cü il tarixinədək silkroad.r.[email protected] ünvanına göndərilməldir.
· Xülasə qəbul edildikdən sonra qəbul məktubu göndəriləcək.
· Konfrans 20 fevral 2024-cü il tarixində keçiriləcəkdir.
· Məruzənin tam mətnləri 10 mart 2024-cü il tarixinədək
silkroad.r.[email protected] və ya [email protected] ünvanına göndərilməlidir
Məruzə mətnləri aşağıdakı qaydada tərtib edilməlidir:
• MS Word redaktoru
• A4 formatı
• 12 ölçülü Times New Roman şrifti
• Sətirlərarası interval – 1
• Mətnin kənar boşluqları – 2 sm
• Mətnin əvvəlində müəllifin ORCİD nömrəsi, adı və soyadı, iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı, elektron ünvanı göstərilməlidir.
• İstinadlar və ədəbiyyatlar APA stilində olmalıdır.
Qeyd: Tərtibata və mövzuya uyğun olmayan, eləcə də konfransda iştirak etməyən müəlliflərin məruzə mətnlərinə konfrans materiallarında yer verilməyəcəkdir.