News

BAAU-nun "Anadolu-Qafqaz Vizyon Körpüsü" layihəsi çərçivəsində İzmir şəhərində tədbir keçirilib

BAAU-nun "Anadolu-Qafqaz Vizyon Körpüsü" layihəsi çərçivəsində İzmir şəhərində tədbir keçirilib
  • 19 May 2025

Türkiyənin İzmir şəhərində Bakı Avrasiya Universiteti (BAAU), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyi və İzmir Yüksək Texnologiya İnstitutunun rəhbər heyətinin iştirakı ilə "Anadolu–Qafqaz Vizyon Körpüsü " layihəsi çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə BAAU-nun rektoru dos. Səyavuş Qasımov, beynəlxalq əlaqələr üzrə prorektor dos. Sevda Rzayeva, eləcə də Azərbaycan və Türkiyənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Rektor dos. Səyavuş Qasımov Bakı Avrasiya Universitetinin uğurlu fəaliyyəti, regional və beynəlxalq layihələrdə fəal iştirakı barədə məlumat verib. O, qeyd edib ki, bu layihə çərçivəsində iki qardaş ölkənin gəncləri arasında ortaq mübadilə proqramlarının həyata keçirilməsi, mədəni və ictimai tədbirlərin təşkili nəzərdə tutulur.

Rektor eyni zamanda Bakı Avrasiya Universitetinin layihənin akademik tərəfdaşı kimi mühüm rol oynadığını vurğulayıb, bu cür təşəbbüslərin gələcəkdə daha geniş miqyasda reallaşdırılmasının planlaşdırıldığını bildirib.

Tədbir tərəfdaş qurumların çıxışları, layihə ilə bağlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.

Other news