News

Bakı Avrasiya Universitetində interaktiv seminar keçirilib

Bakı Avrasiya Universitetində interaktiv seminar keçirilib
  • 17 Oct 2024

Bakı Avrasiya Universiteti (BAAU) Tələbə Gənclər Təşkilatının (BAAU TGT) “SDGs for Youth” klubunun təşkilatçılığı və Abşeron Qadın və Uşaq sığınacağının əməkdaşlarının iştirakı ilə Beynəlxalq Qız Uşaqları Gününə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədləri (DİM): Gender bərabərliyinin Azərbaycan cəmiyyətindəki rolu” adlı interaktiv seminar keçirilib.

Tədbirin açılış nitqini BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva edib. Daha sonra Universitetin Tələbə Gənclər Təşkilatının sədri Fidan Əzizova, Abşeron Qadın və Uçaq sığınacağının İcraçı direktoru Zülfiyyə Əliyeva, Gender bərabərliyinin monitorinq qrupunun Binəqədi rayon üzrə üzvü və təlimçisı Züleyxa Xəlilova çıxış ediblər. 

Seminarda Azərbaycan cəmiyyətində gender bərabərliyinin rolu ilə bağlı vacib mövzular müzakirə olunub. “Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində gender bərabərliyi, xüsusilə də gənclərin rolu və iştirakının vurğulanması üçün interaktiv müzakirələr və fikir mübadiləsi aparılıb, həmçinin tələbələrə gender bərabərliyinin məqsədləri mövzusunda geniş məlumat verilib. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Other news