Xəbərlər

“Məhəmməd Füzuli və Sultan Bahu yaradıcılığı: Azərbaycan-Pakistan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib

“Məhəmməd Füzuli və Sultan Bahu yaradıcılığı: Azərbaycan-Pakistan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib
  • 03 May 2024

Bakı Avrasiya Universitetdə  “Məhəmməd Füzuli və Sultan Bahu yaradıcılığı: Azərbaycan-Pakistan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib. Seminarda BAAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dos. Səyavuş Qasımov Azərbaycan və Pakistan arasında mövcud olan dostluq münasibətləri, diplomatik, hərbi və  siyasi əlaqələrdən,   Bakı bəyannaməsindən danışıb.

MUSLİM İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli “Məhəmməd Füzuli və Sultan Bahu yaradıcılığının müqayisəli təhlili” mövzusunda məruzəsində  Azərbaycanın dahi şairi Məhəmməd Füzuli və pakistanlı sufi mütəfəkkir Sutlan Bahu yaradıcılığı arasındakı əlaqə, ədəbi-fəlsəfi görüşləri haqqında ətraflı məlumat verib.

 Azərbaycan İlahiyyat İnsitutunun rektoru Aqil Şirinov, BAAU-nun elmi işlər üzrə prorektoru prof. Gülzar İbrahimova, prof. Səadət Şıxıyeva, dos. Xatirə Yusibova və Bakı Dövlət Universitetinin müəllimi Eldost İbrahimov çıxış edərək  hər iki dahi mütəfəkkirin yaradıcılığından danışıblar. Sonda Pakistan Müsəlman İnstitutunun Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlər barədə materialları özündə əks etdirən video çarx təqdim edilib.

Digər Xəbərlər