- 17 May 2024
Türkiyənin Anadolu Universitetinin professoru Dr. Zülfiqar Bayraqdar Bakı Avrasiya Universitetində olub. Prof. Dr. Zülfiqar Bayraqdar Filologiya fakültəsinin III kurs tələbələrinə “Türk xalqlarının nağıllarının söyləyicilik ənənəsi” mövzusunda mühazirə deyib. O, türklərin dövlətçilik anlayışının şifahi mətnlərdə əks olunması, inanc sistemi, təhkiyə ənənəsi haqqında geniş məlumat verib. Folklor mətnlərinin uşaqların və gənclərin şəxsiyyət elmi formalaşmasında böyük rolundan da bəhs edən professor eyni zamanda həmin folklor örnəklərinin türk xalqlarının inteqrasiya olunmasındakı rolunu vurğulayib. Z. Bayraqdar həmçinin, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları haqqında danışıb.
Prof. Dr. Zülfiqar Bayraqdarın mühazirəsi maraqla qarşılanıb. Görüş interaktiv şəkildə, fikir mübadiləsi əsasında keçib, professor tərəfindən tələbələrin sualları cavablandırılıb.
Tədbirin sonunda sonunda türkiyəli qonağa təşəkkürnamə təqdim edilib.