- 17 May 2024
Bakı Avrasiya Universiteti və Bakı Avrasiya Kollecinin birgə təşkilatçılığı ilə "İşgal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda tədbir keçirilib.
BAAU-nun İnnovasiya sektorunun müdiri Kamran Qasımov tədbiri giris sözü ilə açaraq, onun əhəmiyyətindən danışıb. Bildirib ki, “Ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ölkəmizdə ekosistemə yeni yanaşmadır. AMEA -nın Coğrafiya İnstitunun əməkdaşları, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Samirə Abuşova, kicik elmi işci Nazim Gəraylı, Tərcümə kafedrasının baş müəlliməsi Leyla Məlikova və Bakı Avrasiya Kollecinin direktor müavini Paşa Məmmədov iqlim məsələlərinə ümumi münasibəti, bu istiqamətdə təşəbbüsləri, mövcud geosiyasi vəziyyətin və yeni nəsil innovasiyaların ətraf mühitə olan təsiri ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.