Xəbərlər

BAAU-da “İnnovasiya iqtisadiyyati” və “Audit F8” kitablarının təqdimatı keçirilib

BAAU-da “İnnovasiya iqtisadiyyati” və “Audit F8” kitablarının təqdimatı keçirilib
  • 14 May 2024

BAAU-nun Regionşünaslıq və İqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının dosentləri Ədalət Əsədovun “Audit F8”, Pərviz Qurbanov və  İlhamə Aslanovanın həmmüəllif olduğu “İnnovasiya iqtisadiyyati” adlı kitablarının təqdimatı keçirilib.

Tədbirdə Kitabxana və informasiya Mərkəzinin müdiri Sima Cəfərova müəllifləri təbrik edərək onların təhsil sahəsindəki fəaliyyətindən danışıb. BAAU-nun “Regionşünaslıq və İqtisadiyyat” fakültəsinin dekanı dosent Mütəllim Rəhimov  azərbaycanlı auditoriya üçün ilk nəşr olan kitablarının əhəmiyyətini vurğulayıb.

Kafedranın dosenti Emil Hacıyev, ixtisas müəllimləri Gülnarə Bayramova və Lamiyə Xankişiyeva hər iki kitabın aktuallığını və müasir standartlara cavab verdiyini söyləyiblər. Kitabların yalnız tələbələr üçün deyil, ixtisas müəllimləri üçün də faydalı olacağından bildiriblər.

Digər çıxış edənlər hər iki kitabın müasir Azərbaycan iqtisadiyyatı sahəsində təhsilinin inkişafına töhfə verəcəyini qeyd ediblər.

Sonda müəlliflər tədbirın keçirilməsinə görə universitetin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. Professor-müəllim heyəti və tələbələrinin kitabla bağlı suallarını cavablandırıblar.

Digər Xəbərlər