Xəbərlər

"Azərbaycan Rektorlar Konfransı" layihəsi çərçivəsində növbəti görüş 09.04.2024-ci il tarixində ADAU-da olub

"Azərbaycan Rektorlar Konfransı" layihəsi çərçivəsində növbəti görüş 09.04.2024-ci il tarixində ADAU-da olub
  • 11 Apr 2024

"Azərbaycan Rektorlar Konfransı" layihəsi çərçivəsində növbəti görüş 09.04.2024-ci il tarixində ADAU-da olub

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində növbəti görüş baş tutub.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən görüşün məqsədi layihə çərçivəsində yaradılan Beynəlmiləlləşmə komitəsinin gələcək fəaliyyətinə dair müzakirələrin aparılması olub. Görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov layihənin vacibliyinə toxunaraq ali təhsil müəssisələri arasında beynəlxalq təcrübələrin öyrənilməsi, qərarların qəbulunda ortaq təkliflərin əldə edilməsi və müzakirələr üçün vahid platformanın mövcudluğu baxımından layihənin uğurlu olacağını deyib. Sonra Beynəlmiləlləşmə komitəsinin gələcək fəaliyyətinə dair görüş iştirakçıları müzakirələr aparıblar. Komitədə Bakı Avrasiya Universitetini Beynəlxalq Əlaqələr üzrə prorektor, s.e.ü.f.d. Səyavuş Qasımov təmsil edib.

Görüşdən sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası ilə yaxından tanış olub. Universitetin müasir laboratoriyaları, tələbə parkı, qapalı və açıq balıq yetişdirmə laboratoriyaları, istixana kompleksi və eksperimental heyvandarlıq mərkəzinə baş çəkən müxtəlif universitetlərin nümayəndələrinə ADAU-da tələbələr üçün yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Digər Xəbərlər