Xəbərlər

“İrəliləyiş” layihəsi çərçivəsində təlimlər keçirildi

“İrəliləyiş” layihəsi çərçivəsində təlimlər keçirildi
  • 26 Apr 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı,Təhsil Tələbə Krediti Fondunun təşəbbüsü ilə 18.04.2024-26.04.2024-cü il tarixlərində Universitetimizin sonuncu kurs tələbələri üçün “İrəliləyiş” layihəsi çərçivəsində təlimlər keçirildi. Onlara “Əmək bazarının tələbləri”, “Düzgün CV/Rezüme hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Natiqlik və təqdimat bacarıqları”, “Şəxsi-brendinq”, “İstək və rəsmi e-məktubların yazılması”, “Tənqidi düşüncə və problemlərin yaradıcı həlli”, “Vaxtın idarəedilməsi”, “Liderlik və komanda işi”, “Ünsiyyət bacarıqları və böhran idarəetməsi” və s. mövzularda təlimlər keçirildi.
Təlimləri uğurla bitirən tələbələr daha sonra şirkətlərdə 2 aylıq təcrübə proqramlarında iştirak edəcəklər.
Təlimlərin ərsəyə gətirilməsində zəhmət çəkən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Tələbələrimizin hər birinə uğurlar arzu edirik!

Digər Xəbərlər