- 17 Apr 2026
Yunanıstanın Saloniki Aristotel Universiteti 2026/2027-ci tədris ilinin payız semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir.
Aşağıdakı yerlər üzrə müsabiqə keçirilir:
Təhsilalanların mobilliyi – 1 yer
Təhsilalanların Erasmus+ proqramı çərçivəsində mobillik proqramında iştirakı üçün tələb olunan şərtlər:
• Tələbələrin ümumi orta balı (ÜOMG) – 71 baldan yuxarı olmalı;
• Magistrantların ümumi orta balı (ÜOMG) – 81 baldan yuxarı olmalı;
• İngilis dili ən azı B2 səviyyəsində olmalı.
Tələb olunan sənədlər:
• Akademik transkript;
• Niyyət məktubu;
• CV (ingilis dilində);
• Xarici pasport;
• Sertifikatlar (əgər varsa).
Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 30 aprel 2026-cı il




