A PHP Error was encountered

Severity: Warning

Message: unlink(/home/baaueduaz/public_html/system//tmp/ci_session61647a27f1dd454cd71d9bf2d4be91dee574aaa8): No such file or directory

Filename: drivers/Session_files_driver.php

Line Number: 386

Backtrace:

File: /home/baaueduaz/public_html/application/core/BAU_Controller.php
Line: 20
Function: __construct

File: /home/baaueduaz/public_html/application/controllers/News.php
Line: 8
Function: __construct

File: /home/baaueduaz/public_html/index.php
Line: 315
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: session_start(): Session cache limiter cannot be sent after headers have already been sent (output started at /home/baaueduaz/public_html/system/core/Exceptions.php:271)

Filename: Session/Session.php

Line Number: 143

Backtrace:

File: /home/baaueduaz/public_html/application/core/BAU_Controller.php
Line: 20
Function: __construct

File: /home/baaueduaz/public_html/application/controllers/News.php
Line: 8
Function: __construct

File: /home/baaueduaz/public_html/index.php
Line: 315
Function: require_once

Bakı Avrasiya Universiteti

News

18 aprel – Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə maarifləndirici ekskursiya təşkil olunub

18 aprel – Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə maarifləndirici ekskursiya təşkil olunub
  • 18 Apr 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin “Sosial və siyasi fənlər” kafedrasının müəllimi Aygün Miriyevanın təşəbbüsü və təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə tələbələr üçün maarifləndirici ekskursiya təşkil edilib. Ekskursiyada “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan əcnəbi tələbələr və “Regionşünaslıq” ixtisasının azərbaycanlı tələbələri iştirak ediblər. Ekskursiyanın əsas məqsədi tələbələrin Azərbaycan tarixi, zəngin mədəni irsi və dövlətçilik ənənələri haqqında biliklərini artırmaq, həmçinin onların dünyagörüşünü genişləndirmək olub.

Ekskursiya çərçivəsində iştirakçılar ilk olaraq Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeydə nümayiş olunan arxeoloji tapıntılar, qədim silahlar, milli geyimlər və müxtəlif sənət nümunələri tələbələrin böyük marağına səbəb olub. Xüsusilə, Zəfər Gününə həsr olunmuş guşədə İkinci Qarabağ müharibəsi dövrünə aid materiallar - hərbi geyimlər, şəxsi əşyalar və tarixi fotolar nümayiş etdirilərək Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyəti əyani şəkildə təqdim olunub.

Daha sonra ekskursiya iştirakçıları Azərbaycan İstiqlal Muzeyi ilə tanış olublar. Burada tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1918-1920-ci illər müstəqillik dövrü, sovet işğalı, İkinci Dünya müharibəsi və Azərbaycanın yenidən müstəqillik qazanması ilə bağlı tarixi faktlar haqqında məlumat əldə ediblər. Bu məlumatlar tələbələrdə müstəqillik və vətənpərvərlik dəyərlərinin formalaşmasına müsbət təsir göstərib.

Ekskursiya çərçivəsində tələbələr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini də ziyarət ediblər. Muzeydə milli musiqi alətləri, görkəmli bəstəkarların həyat və yaradıcılığına dair materiallar nümayiş etdirilib, tələbələrə muğam sənəti və Azərbaycan musiqi ənənələri haqqında ətraflı məlumat verilib.

Ekskursiyanın sonunda Azərbaycan Milli İncəsənət Muzeyi ziyarət olunub. Burada tələbələr Azərbaycan və dünya rəssamlarının əsərləri ilə tanış olublar.

Təşkil olunan ekskursiya tələbələr, xüsusilə də ölkəmizdə təhsil alan əcnəbi gənclər üçün Azərbaycanın mədəni-tarixi irsinin daha dərindən mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanıb.

Other news