News

Universitetimizdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirlər keçirilib

Universitetimizdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirlər keçirilib
  • 19 Oct 2026

Bakı Avrasiya Universitetində (BAAU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova Müstəqilliyin Bərpası Gününün milli dövlətçilik tarixindəki siyasi və ideoloji əhəmiyyətini vurğulayaraq, müstəqilliyin yalnız tarixi nailiyyət deyil, eyni zamanda, milli kimliyin, dövlət suverenliyinin və ictimai məsuliyyət prinsiplərinin qorunmasını şərtləndirən fundamental dəyər olduğunu diqqətə çatdırıb. O, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitliyin və dövlətçilik əsaslarının möhkəmləndirildiyini, həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin müasir Azərbaycanın inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd edib. Həmçinin Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasını davam etdirərək Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, milli maraqlarının qorunması və ölkənin davamlı inkişafı istiqamətində həyata keçirdiyi siyasətə toxunub.

Daha sonra Ümumi fənlər kafedrasının müdiri, t.ü.f.d, dosent Sevil Bəhrəmova Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran tarixi-siyasi şəraitdən, xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsindən, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tarixindəki müstəsna rolundan bəhs edib.

Tədbirdə Sosial və siyasi fənlər kafedrasının dosenti, t.ü.f.d. Sübhan Talıblı və müəllimi İmmi Hüseynova mövzu ilə əlaqədar çıxış ediblər.

Bununla yanaşı, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar dərs çərçivəsində də maarifləndirici tədbir keçirilib. Tələbələr mövzu ilə bağlı hazırladıqları təqdimatlarla çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının tarixi əhəmiyyətini, dövlətçilik ənənələrini və müstəqillik dövrünün əsas mərhələlərini diqqətə çatdırıblar.

Other news