News

BAAU ali təhsil müəssisələrinin sərgisində təmsil olunub

BAAU ali təhsil müəssisələrinin sərgisində təmsil olunub
  • 31 Jul 2026

Bakı Avrasiya Universiteti (BAAU) Dövlət İmtahan Mərkəzinin (DİM) 29–31 iyul 2026-cı il tarixlərində təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunub. DİM-in Elektron İmtahanlar Korpusunda keçirilən sərginin məqsədi ixtisas seçimindən əvvəl abituriyentləri Ali Təhsil Müəssisələri (ATM) haqqında məlumatlandırmaq idi. 

Üç gün davam edən sərgi zamanı abituriyentlər və onların valideyinləri BAAU-da tədris olunan ixtisaslar, mövcud təqaüd və güzəşt imkanları, beynəlxalq əməkdaşlıq proqramları, tələbə həyatı və universitet mühiti, karyera, təcrübə və məşğulluq imkanları, qəbul prosesi və digər vacib mövzular ilə tanış olublar. Əlavə olaraq abituriyentlər və onların valideyinləri ATM-lərin əməkdaşları və könüllü tələbələri ilə birbaşa ünsiyyət zamanı onları maraqlandıran suallara cavab tapıb və ixtisas seçimlərinin müəyyən olunması üçün tövsiyyələr alıblar.

BAAU-nu sözügedən sərgidə Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və mərkəzin karyera məsləhətçisi Aydan Xankişiyeva, Filologiya fakültəsinin dekan müavini Vilayət Məmmədov, Əcnəbi tələbələrlə iş mərkəzinin mütəxəssisi Ülvi Həsənov və universitetin 2-ci kurs tələbəsi Aysun Abiyeva təmsil edərək abituriyentlərin və onların valideyinlərinin suallarını ətraflı cavablandırıblar.

Other news