News

BAAU-da fənn proqramlarının təkmilləşdirilməsi müzakirə olunub

BAAU-da fənn proqramlarının təkmilləşdirilməsi müzakirə olunub
  • 11 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Tərcümə kafedrasının təşkilatçılığı ilə “Fənn proqramlarının təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada professor-müəllim heyəti ilə yanaşı tələbələr və müxtəlif əmək bazarının nümayəndələri iştirak ediblər.

Sözügedən mövzu ilə bağlı çıxış edən BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva fənn proqramlarının müasir təhsil standartlarına uyğunlaşdırılmasının və əmək bazarının tələblərinə cavab verməsinin vacibliyini vurğulayıb.

İclas zamanı “Tələffüz və şifahi nitq vərdişləri” (L. Məlikova, Z. Qurbanova, S. Yusifova), “Tərcüməçinin oxu vərdişləri” (R. Əliyeva, Y. İsmayılova), “Ardıcıl tərcümə və qeydgötürmə texnikası” (L. Məlikova) fənləri üzrə proqramlar təqdim olunub və geniş müzakirələr aparılıb.

Azərbaycan Dillər Universitetindən German dillərinin praktikası və nəzəriyyəsi kafedrasının müəllimi Könül Hüseynova, Müasir dillər kafedrasının müəllimi Təranə Həsənova, sinxron tərcüməçi Elvin Abbasbəyli və Interpreter.az-ın baş meneceri Xəyalə Əliyeva çıxış edərək fənn proqramlarının tədris yanaşmaları və praktiki tətbiqinə dair tövsiyələrini bölüşüblər.

Daxili Keyfiyyət Təminatı sektorunun rəhbəri Esmira Talıbova da çıxış edərək tədris proqramlarının davamlı inkişafı üçün təkliflər səsləndirib.

Tədbir iştirakçıların təkliflərinin müzakirəsi ilə yekunlaşıb.

Other news