News

BAAU-da Humanitar fənlər və regionşünaslıq kafedrasının yaz semestrinə dair yekun iclası keçirilib

BAAU-da Humanitar fənlər və regionşünaslıq kafedrasının yaz semestrinə dair yekun iclası keçirilib
  • 10 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Humanitar fənlər və regionşünaslıq kafedrasının 2024/2025-ci tədris ilinin yaz semestrinə dair sonuncu geniş iclası keçirilib.

İclasda əmək bazarının nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi, yaz semestrində dərs monitorinqlərinin nəticələrinin qiymətləndirilməsi, kafedranın illik fəaliyyət hesabatının təqdimatı və təsdiqi, kafedra laborantının hesabatının dinlənilməsi, eləcə də kollekvium nəticələrinin təhlili kimi aktual məsələlər müzakirə olunub.

Tədbirdə iştirak edən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təhlil və Tədqiqatlar şöbəsinin baş mütəxəssisi Elnarə Qəribova bildirib ki, əmək bazarının tələbləri dinamik dəyişir, buna uyğun olaraq universitet proqramları çevik və çevrə ilə uzlaşan yanaşmalarla daim yenilənməlidir.”

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli çıxışında qeyd edib ki, tələbələrin yalnız akademik biliklərlə deyil, həm də kommunikasiya və informasiya idarəçiliyi kimi bacarıqlarla təchiz olunması bu günün əsas zərurətlərindəndir.

İclasda çıxış edənlər tələbəyönümlü tədris modelinin gücləndirilməsi, fənlərin əmək bazarına uyğunlaşdırılması və elmi-tədqiqat fəaliyyətlərinin artırılmasının vacibliyinə diqqət çəkiblər.

Müzakirələr nəticəsində yeni tədris ili üçün prioritet istiqamətlər müəyyən olunub və praktiki təkliflər irəli sürülüb. İclas qarşılıqlı fikir mübadiləsi və məhsuldar əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.

Other news