News

BAAU-da “Tətbiqi və humanitar elmlərin konvergensiyasında süni intellektin rolu” mövzusunda beynəlxalq konfrans başa çatıb

BAAU-da “Tətbiqi və humanitar elmlərin konvergensiyasında süni intellektin rolu” mövzusunda beynəlxalq konfrans başa çatıb
  • 16 Oct 2025

2025-ci il oktyabrın 16-da Bakı Avrasiya Universitetində (BAAU) Scholar Worldwide (SCHWLAR) təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan 11-ci Beynəlxalq Konfrans (CASHIPI-25) uğurla yekunlaşıb.

Bu il konfrans “Tətbiqi və humanitar elmlərin konvergensiyasında süni intellektin rolu: innovasiyaya aparan interdisiplinar yanaşmalar” mövzusuna həsr olunub. Tədbirdə tanınmış alimlər, tədqiqatçılar və universitetin akademik-inizibati heyəti  iştirak ediblər.

Elmi sessiyalar çərçivəsində iştirakçılar süni intellektin elmi tədqiqatlarda və tədris prosesində tətbiqi, humanitar və tətbiqi elmlərin kəsişməsində yaranan yeni imkanlar, interdisiplinar yanaşmalar və rəqəmsal transformasiyanın təhsil və cəmiyyətə təsiri kimi mövzularda məruzələrlə çıxış ediblər.

Məruzələrdə, həmçinin süni intellektin etik çərçivəsi, onun sosial və elmi məsuliyyətləri, interdisiplinar əməkdaşlıq imkanları və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub.

Konfransın sonunda iştirakçılara Bakı Avrasiya Universiteti və Scholar Worldwide (SCHWLAR) tərəfindən sertifikatlar təqdim olunub.

CASHIPI-25 beynəlxalq konfransı elm və təhsildə süni intellektin tətbiqi, innovativ tədqiqatların təşviqi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Other news