News

BAAU-da «Ümumi iqtisadiyyat» ixtisası üzrə dissertasiya işi müzakirə olunub

BAAU-da «Ümumi iqtisadiyyat» ixtisası üzrə dissertasiya işi müzakirə olunub
  • 22 Sep 2025

Bakı Avrasiya Universitetində (BAAU) «İqtisadiyyat» kafedrasının qiyabi doktorantı Ağayev Ziya Bəbir oğlu 5308.01 – «Ümumi iqtisadiyyat» ixtisası üzrə «Azərbaycanın nəqliyyat-logistik kompleksinin inkişafı problemləri» mövzusunda yerinə yetirdiyi dissertasiya işinin «İqtisadiyyat» və «Biznes və menecment» kafedrasının professor-müəllim heyətinin, elmi rəhbər, rəsmi opponentlər və mütəxəssislərin iştirakı ilə ilkin müzakirəsi keçirilmişdir. 

İddiaçı Ağayev Ziya Bəbir oğlu çıxışı zamanı tədqiqat mövzusunu əhatə edən  nəzəri və təcrübi məsələləri şərh etmiş, tədqiqat işinin yerinə yetirilməsi zamanı Azərbaycanda nəqliyyat və logistika sahəsinin mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıya çıxan mövcud problemlər və kompleks yanaşma əsasında əldə olunan praktik əhəmiyyətli elmi yenilikləri müzakirə iştirakçıları ilə bölüşmüşdür.  

Müzakirənin sonunda işin elmi səviyyəsi və iqtisadi reallıqlara uyğunluğu nəzərə alınaraq, Ağayev Ziya Bəbir oğlunun 5308.01 – «Ümumi iqtisadiyyat» ixtisası üzrə «Azərbaycanın nəqliyyat-logistik kompleksinin inkişafı problemləri» mövzusunda yerinə yetirdiyi dissertasiya işinin AAK-ın iqtisad üzrə fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyini nəzərə alaraq növbəti mərhələyə buraxılması tövsiyyə olunmuşdur.  

Other news