News

BAAU ilə İYTİ “Anadolu–Qafqaz Vizyonu Körpüsü” adlı layihənin ikinci mərhələsinə başladı

BAAU ilə İYTİ “Anadolu–Qafqaz Vizyonu Körpüsü” adlı layihənin ikinci mərhələsinə başladı
  • 12 Aug 2025

Bakı Avrasiya Universiteti (BAAU) və İzmir Yüksək Texnologiya İnstitutu (İYTİ) arasında beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən “Anadolu–Qafqaz Vizyonu Körpüsü” adlı layihəsinin ikinci mərhələsinin açılış tədbiri keçirilib.

BAAU-nun konfrans zalında keçirilən tədbirdə hər iki universitetin rəhbərliyi, akademik heyət, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, layihənin gənclərin akademik, sosial və mədəni inkişafına, eləcə də universitetlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

İzmir Yüksək Texnologiya İnstitutunun rektoru, professor Yusuf Baran isə layihənin gələcək nəsillər arasında mədəni və elmi körpü rolunu oynayacağını, universitetlərarası əlaqələrin daha da güclənməsinə xidmət edəcəyini qeyd edib.

Çıxış edən digər qonaqlar – Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri – layihənin gənclərin liderlik bacarıqlarının inkişafı, beynəlxalq əməkdaşlıq mühitinə uyğunlaşması və fəallığının artırılması baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbir universitetlərarası yeni birgə layihə imkanları, elmi əməkdaşlıq perspektivləri və dayanıqlılıq üzrə təcrübə mübadiləsi mövzusunda müzakirələrlə davam edib. Sonda xatirə şəkilləri çəkilib.

Other news