News

BAAU-nun Həmkarlar İttifaqı Komitəsi tədris ilinin yekunlarına həsr olunmuş görüş keçirib

BAAU-nun Həmkarlar İttifaqı Komitəsi tədris ilinin yekunlarına həsr olunmuş görüş keçirib
  • 22 Jun 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə 2025/2026-cı tədris ilinin yekunlarına həsr olunmuş görüş keçirib. Görüşün əsas məqsədi universitet əməkdaşlarının sosial rifahının yüksəldilməsi, kollektiv həmrəyliyinin möhkəmləndirilməsi və sağlam iş mühitinin formalaşdırılması istiqamətində görülən işlərin müzakirəsi olub.

Tədbirdə həmkarlar arasında qarşılıqlı etimadın və əməkdaşlıq münasibətlərinin inkişafı, yeni əməkdaşların kollektivə inteqrasiyası, eləcə də tədris ili ərzində həyata keçirilmiş sosial layihələrin nəticələri və gələcək planlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı əməkdaşların tədris prosesində üzləşdikləri çətinliklər, onların həlli yolları, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və Həmkarlar İttifaqı Komitəsinin bu istiqamətdə gördüyü işlər geniş müzakirə olunub.

Tədbirin sonunda vurğulanıb ki, bu görüş Həmkarlar İttifaqı Komitəsinin kollektivin əməyinə verilən dəyərin ifadəsi olmaqla yanaşı, universitet əməkdaşları arasında birlik, qarşılıqlı hörmət və sosial həmrəyliyin daha da gücləndirilməsinə xidmət edən ənənəvi təşəbbüslərdən biridir.

Komitə gələcəkdə də əməkdaşların sosial rifahını artırmaq, mədəni və maarifləndirici tədbirləri genişləndirmək, həmçinin kollektiv ruhunu möhkəmləndirmək istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

BAAU-nun Həmkarlar İttifaqı Komitəsi tədris ilinin yekunlarına həsr olunmuş görüş keçirib

Other news