News

BAAU-nun tələbələri “Brend tələbə” layihəsi çərçivəsində mükafatlandırılıb

BAAU-nun tələbələri “Brend tələbə” layihəsi çərçivəsində mükafatlandırılıb
  • 24 Oct 2025

AzEdu.az Təhsil Portalı və ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində Bakı Avrasiya Universitetinin (BAAU) 10 nəfər tələbəsi xüsusi meyarlara əsasən seçilərək mükafatlandırılıblar.

Sözügedən layihənin əsas məqsədi ali təhsil müəssisələrində akademik göstəriciləri, sosial fəallığı və liderlik keyfiyyətləri ilə fərqlənən tələbələrin tanıdılması, onların təhsil ictimaiyyətində nümunə kimi təqdim olunması və tələbə brendinin formalaşdırılmasına dəstək göstərməkdir.

Mükafatlandırma mərasimində AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, portalın müxbiri Esmira Əliyeva, BAAU-nun rektor müşaviri, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev, universitetin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ülkər Abdurahmanlı və “Brend tələbə” statusuna layiq görülən 10 nəfər tələbə iştirak ediblər. BAAU-nun “Brend tələbə” statusuna layiq görülmüş tələbələr sırasında Filologiya fakültəsindən Rəşidə Edilova, Kənan Nəzərov, Leyla İbrahimzadə, Əli Süleymanzadə və Nigar Məmmədova, Regionşünaslıq və iqtisadiyyat fakültəsindən isə Ədilə Musayeva, Elşən Quluyev, Şerif Xəlilov, Çiçək Nəsirli və Cəmilə Cəfərova yer alıb. 

Tədbirdə çıxış edən BAAU-nun rektor müşaviri, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev tələbələrin bu kimi layihələrdə iştirakının onların şəxsi və akademik inkişafına müsbət təsir etdiyini vurğulayıb. 

AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova isə çıxışında layihənin məqsəd və əhəmiyyətindən danışıb. O bildirib ki, “Brend tələbə” statusu yalnız akademik nailiyyətlərə görə deyil, eyni zamanda ictimai fəallıq, komanda ruhu və şəxsi keyfiyyətlər əsasında müəyyən olunur.

Sonda tələbələrə “Brend tələbə” sertifikatları təqdim olunub və onların gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Other news