News

Bakı Avrasiya Universiteti və Doğu Akdeniz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Avrasiya Universiteti və Doğu Akdeniz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 23 Sep 2025

Bakı Avrasiya Universiteti (BAAU) ilə Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universiteti (DAU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Bakı Avrasiya Universitetinin rektoru, dosent Səyavuş Qasımov və Doğu Akdeniz Universitetinin rektoru, professor Hasan Kılıç tərəfindən imzalanıb.

Tədbir zamanı universitetlər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələrin əhəmiyyəti vurğulanıb. Sənədin əsas məqsədi elmi-tədqiqat fəaliyyətində yeni imkanlar yaratmaq, tələbə və müəllim mübadiləsini təşviq etməkdir.

İmzalanmış memorandum ali təhsil müəssisələri arasında uzunmüddətli və dayanıqlı əməkdaşlığın əsasını qoyur. Bu əməkdaşlıq çərçivəsində elmi konfransların, seminarların və yay məktəblərinin təşkili, ortaq tədqiqat layihələrinin icrası, eləcə də professor-müəllim heyəti və tələbələrin beynəlxalq təcrübə imkanlarından faydalanması nəzərdə tutulur.

Görüşdə çıxış edən universitet rəhbərləri memorandumun iki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığa töhfə verəcəyini qeyd ediblər. Onlar bu addımı yalnız akademik tərəfdaşlıq deyil, həm də dostluq və qarşılıqlı etimada əsaslanan uzunmüddətli münasibətlərin inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndiriblər.

Bu memorandum hər iki ali təhsil müəssisəsi üçün yeni imkanların açılışı olmaqla yanaşı, tələbə və müəllimlərin inkişafına, elmi mühitin zənginləşməsinə və beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Other news