News

Gürcüstan universitetləri ilə əməkdaşlıq imkanlarını müzakirə olunub

Gürcüstan universitetləri ilə əməkdaşlıq imkanlarını müzakirə olunub
  • 20 Apr 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva Gürcüstanın bir neçə ali təhsil müəssisələrində gələcək əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə görüşlərdə iştirak edib.

İlk görüş İvan Cavaxişvili Tbilisi Dövlət Universitetinin Xarici əlaqələr departamentinin rəhbəri xanım Tea Gergedava ilə təşkil olunub. Görüş çərçivəsində iki universitet arasında beynəlxalq əlaqələrin qurulması, əməkdaşlıq imkanları və gələcəkdə birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Onu da əlavə edək ki, sözügedən ali təhsil müəssisəsi Gürcüstanın aparıcı və nüfuzlu universitetlərindən biridir. 

Növbəti görüş isə Sulxan-Saba Orbeliani Universitetinin Xarici əlaqələr şöbəsinin rəhbəri Şorena Parunaşvili, Sosial elmlər fakültəsinin dekanı prof. Tamar Kobuladze və Beynəlxalq münasibətlər bakalavr proqramının rəhbəri Mariam Eliadze ilə təşkil olunub. Görüşlərdə akademik əməkdaşlıq imkanları, təhsil proqramları üzrə təcrübə mübadiləsi və iki tərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

BAAU-nun bu kimi görüşlərdə iştirak etməsi ali təhsil müəssisəsinin qlobal təhsil məkanında mövqeyini möhkəmləndirmək, beynəlxalq tələbə cəlbini artırmaq və strateji tərəfdaşlıqları genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər planının bir hissəsidir.

Other news