News

“Interpreters and AI: Is it Really a Competition?” mövzusunda vebinar keçirilib

“Interpreters and AI: Is it Really a Competition?” mövzusunda vebinar keçirilib
  • 31 Jan 2026

Bakı Avrasiya Universitetinin (BAAU) təşkilatçılığı ilə “Translators and Interpreters in Conversation” vebinar silsiləsi çərçivəsində “Interpreters and AI: Is it Really a Competition?” mövzusunda növbəti vebinar uğurla baş tutub.

Vebinar BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayevanın açılış nitqi ilə başlayıb. O, çıxışı zamanı bütün iştirakçıları salamlayıb və vebinar mövzusunun əhəmiyyətindən danışıb. Sonra söz BAAU-nun Tərcümə kafedrasının baş müəllimi Elvin Abbasbəyliyə verilib. O da çıxışında müasir dövrdə tərcüməçilik peşəsinin əhəmiyyətindən və süni intelektin tərcüməçilərin işinin daha da sürətləndirən bir alət kimi istifadəsindən danışıb. 

Vebinar, peşəkar konfrans tərcüməçisi və Beynəlxalq Konfrans Tərcüməçiləri Assosiasiyasının (AIIC) üzvü xanım Maha El-Metwally çıxışı ilə davam edib. O, çıxışında qeyd edib ki, insan tərcüməçilər süni intellektlə rəqabət aparmırlar və süni intellekt onların fəaliyyətini dəstəkləyən vasitə kimi qiymətləndirilməlidir. O, əlavə edib ki, süni intellekt tərcüməçilərə hazırlıq mərhələsində, layihələrin idarə olunmasında və uzaqdan tərcümə mühitlərinə uyğunlaşmada əhəmiyyətli dəstək verir. 

Xanım Maha El-Metwally çıxışında həmçinin vurğulayıb ki, texnologiyadan səmərəli istifadə tərcüməçilərin məhsuldarlığını artırır, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.

Vebinarda BAAU-nun professor-müəllim heyətinin, tələbələrinin, həmçinin Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Universiteti və bir sıra sinxron və yazılı tərcüməçilərin (100 nəfər mütəxəssisin) fəal iştirakı, onları maraqlandıran sualların cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.

Onu da qeyd edək ki, BAAU-da bu cür vebinarların təşkili tərcümə mütəxəssisləri üçün süni intellektin istifadəsinə dair aktual biliklərin paylaşılmasını və beynəlxalq təcrübənin ölkəmizdə tətbiqini dəstəkləyir. Oxşar mövzuda vebinarlar gələcəkdə də təşkil olunacaq.

Other news