News

Niğde Ömər Halisdemir Universiteti ilə əməkdaşlıq genişlənir.

Niğde Ömər Halisdemir Universiteti ilə əməkdaşlıq genişlənir.
  • 03 Apr 2026

Bakı Avrasiya Universitetində (BAAU) Türkiyə Respublikasının Niğde Ömər Halisdemir Universitetinin rektoru, professor Hasan Uslu və Niğde Texnoparkın rəhbəri, dosent Rifat Battaloğlu ilə görüş keçirilib.

Görüş zamanı BAAU-nun rektoru, dosent Səyavuş Qasımov universitetin fəaliyyət istiqamətləri, akademik və elmi potensialı, son illərdə icra olunan layihə və proqramlar barədə ətraflı məlumat verib.

Görüş çərçivəsində tərəflər universitetlər arasında elmi-tədqiqat, akademik və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qonaqlar və universitet nümayəndələri qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin uzunmüddətli strateji tərəfdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, tələbə və professor-müəllim heyəti üçün mübadilə proqramlarının təşkili, birgə seminar, konfrans və digər elmi tədbirlərin keçirilməsi məsələləri diqqət mərkəzində olub.

Görüşün sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Other news